İyl
2017
13:28
21
225
3868
Virtual karabakh

Harri Kasparov şahmata qayıdır

6 İyl, 2017
13:28
3868

Harri Kasparov şahmata qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı qrossmeyster Harri Kasparov şahmata geri qayıdır. 

Bakıda anadan olan sabiq dünya çempionu  Amerikanın Sent-Luis şəhərində keçiriləcək "Grand Chess Tour" turnirində  iştirak edəcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə yarışın saytında məlumat verilib.

"Karyeramı yenidən bərpa etdiyim üçün həyəcan keçirirəm. Mən bunun 10 ildən sonra baş verəcəyini gözləmirdim. Sent-Luisdə şahmat taxtası arxasına əyləşmək mənim üçün şərəfdir. Şahmata qayıdışımın başqa şəhərdə olmasını istəməzdim".
 
"Grand Chess Tour" 2-12 avqust tarixləri arasında keçiriləcək. Turnirin mükafat fondu 300 min dollar təşkil edir. 

Kasparov turnirdə rapid və blits üzrə yarışacaq. 
 
Xatırladaq ki, Kasparov şahmat üzrə 13-cü dünya çempionudur. O, planetin ən güclü şahmatçısı titulunu 1985-ci ildən 1993-cü ilə qədər qoruyub. 

Kasparov  2005-ci ildə karyerasını bitirmişdi.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri