12 
İyl
2017
16:25
61
86
4574
Virtual karabakh

Bakıda yeni tennis kortu açıldı – FOTO

12 İyl, 2017
16:25
4574

Bakıda yeni tennis kortu açıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə nazir Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Bakı şəhəri, Nərimanov rayonu, S.Əbdürrəhimov küçəsi 12 ünvanda fəaliyyət göstərən İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə burada əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bu ilin birinci yarısından başlayaraq İdman Tennis Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanılıb və əlavə zəruri tikinti-quraşdırma işləri aparılıb.

Kompleksin əsas binası, tribunası gözətçi-keçid binası əsaslı təmir olunub, 6 ədəd tennis kortlarının xüsusi tennisit örtüyü dəyişdirilib, ətrafının metal-tor hasarı təmir edilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub.

Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitnes zalının tikintisi, masaj otağının tikintisi, qazanxananın tikintisi, nasosxananın tikintisi, 60 m3–lik su anbarının tikintisi, 120 m3-lik çirkab su anbarının tikintisi işləri yerinə yetirilib. Yeni sahəvari qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmir olunub.

Əsasli təmir və yenidənqurma işlərindən sonra əsas binada fitness zalı, inzibati otaqlar, kafe, gözləmə zalı-holl, məşqçi otağı, soyunub-geyinmə və duş qəbulu otaqları, sanitar qovşaqlar, sauna, təsərrüfat otağı, camaşırxana fəaliyyət göstərir. Ərazidə 6 ədəd tennis yer örtüklü açıq tennis kortları fəaliyyət göstərir.

Asfalt və tamet örtüyü vurulub, abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib. Bina və meydançalar müasir avadanlıq, mebel və ləvazimatlarla təchiz olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri