13 
İyl
2017
01:09
14
68
3738
Virtual karabakh

Dünyanın ən bahalı idman klubları – SİYAHI

13 İyl, 2017
01:09
3738

Dünyanın ən bahalı idman klubları – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Forbes jurnalı dünyanın ən bahalı idman klublarının reytinqini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, məlumat nəşrin saytında yerləşdirilib.

Siyahıya ABŞ-ın Milli Futbol Liqasının (MFL) klubu “Dallas Kovboyz” başçılıq edib. Klub 4,2 milyard dollar qiymətində dəyərləndirilib. İkinci yerdə Əsas Beysbol Liqasının (MLB) klubu “Nyu-York Yankis” (3,7 milyard dollar), üçdə isə İngiltərənin “Mançester Yunayted” futbol klubu (3,69 milyard dollar) qərarlaşıb.

Madridin “Real” klubu ikinci yerdən beşə düşüb. Kral klubunun qiyməti 3,58 milyard dollar təşkil edib. 

Ümumilikdə ilk əlliliyə Avropanın yeddi futbol klubu, Milli Basketbol Assosiasiyasının (NBA) yeddi komandası, MLB-nin 8 klubu və MFL-in səkkiz komandasının adı daxil olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri