13 
İyl
2017
11:41
163
7
3611
Virtual karabakh

Azərbaycanlı idmançı dünya çempionu oldu – FOTO

13 İyl, 2017
11:41
3611

Azərbaycanlı idmançı dünya çempionu oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyul ayının əvvəlində Qazaxıstanın paytaxtı Astanada Şinkiokuşinkay üzrə dünya çepionatı keçirilib.

Çempionatda qızıl medalı azərbaycanlı idmançı Səlahət Həsənov qazanıb. 

Oxu.Az xəbər verir ki, Astanada 1-2 iyul tarixlərində keçirilən Dünya çempionatında 192 idmançı iştirak edib. Kişilər arasında yarışa 4 çəki dərəcəsində, hər birində 32 idmançı qatılıb.

Səlahət Həsənov 1994-cü ildə Cəllilabad rayonu Əsədli kəndində anadan olub. 2009-cu ildən karatenin bu növü ilə məşğul olur. 

4 qat  Avropa çempionu olan həmyerlimiz karatenin Şinkiokuşinkay növü üzrə bütün Qafqazda yeganə dünya çempionudur. 5 döyüş keçirən idmançımız 75 kq çəki dərəcisəndə mübarizə aparıb. 

1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Şinkiokuşinkay federasiyasının yetirməsi olan Səlahət Həsənov əldə etdiyi uğura görə federasiyanın prezidenti Natiq Heydərova, vitse-prezident Allahverdi Rüstəmova, məşqçilər Ələsgər Qarayev, İkram Quliyev və  baş məşqçi Samir Məmmədova minnətdarlığını bildirib.

Qeyd etmək istərdik ki, karatenin bu növündə döyüşlər tam kontaktlı, heç bir qoruyucu vasitələr olmadan həyata keçirilir. Yeganə şərt isə baş nahiyyəsinə əllə zərbə endirilməsinin qadağa olmasıdır. 

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri