14 
İyl
2017
01:29
121
13
7447
yuxarı
Azərbaycanın futbol çempionatında – YENİ KLUB
14 İyl, 2017
01:29
7447
121
13
Azərbaycanın futbol çempionatında – YENİ KLUB
Azərbaycan I Divizionunda çıxış etmək üçün daha bir komanda müraciət edib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.
Onun sözlərinə görə, həmin komandanın adı “Göyçay”dir.
Daha öncə "Binə"nin də eyni istəklə PFL-ə baş vurduğunu xatırladan R.Musayev artıq I Divizionda iştirakçı sayının 12-yə yüksəldiyini bildirib. O, qarşıdakı mövsümdə aşağı liqanın daha maraqlı keçəcəyini əlavə edib.
Premyer Liqanın püşkatma mərasimi isə avqustun 1-2-də olacaq. R.Musayev tədbirin gecikməsini hazırda 4 klubun avrokuboklarda mübarizəni davam etdirməsi ilə əlaqələndirib.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək