14 
İyl
2017
15:29
159
30
2850
Virtual karabakh

“Qalatasaray” Azərbaycana gələ bilər

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. 

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub iştirak edib.

Onlar növbəti raundun 29 cütünü təşkil edib. Azərbaycan klublarından “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri bilinib.

Belə ki, bu komandaların yer aldığı cütlərin qarşılaşacağı rəqibə aydınlıq gəlib.

“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.

“Astra” - “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.

“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyunuda isveçlilər qalib gəlib – 2:0. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri