14 
İyl
2017
18:15
200
28
4708
Virtual karabakh

Azərbaycanlı futbolçusu Almaniya klubu ilə müqavilə bağladı

14 İyl, 2017
18:15
4708

Azərbaycanlı futbolçusu Almaniya klubu ilə müqavilə bağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın “Aue” klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yeni anlaşması 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub. Mövcud sövdələşmə isə 2018-ci ilin yayınadək idi. 

Rəsmi müqaviləyə qol çəkən Nazarov təəssüratlarını bölüşüb: “Çox yaxşı müzakirələr getdi və tezliklə ortaq məxrəcə gəldik. Bu, daha çox “Aue”də qalmaq istəyimlə bağlı idi”.

Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm “Ertsebirge Aue”nin heyətində 9 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2016-cı ilin yayından bu komandada çıxış edir. 

Yığma üzvü hazırda barmağından zədəli olduğu üçün məşqlərdən kənar qalıb. Nazarov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində yeganə qolunu martın 26-da Bakıda Almaniyanın qapısından keçirib - 1:3. 

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri