16 
İyl
2017
16:15
199
24
8072
Virtual karabakh

Müdafiəçi meydançanın özlərinə aid hissəsindən qol vurdu – VİDEO

İtaliyanın “Napoli” klubunun müdafiəçisi Vlad Kirikeş “Trento” komandası ilə yoldaşlıq görüşü zamanı meydançanın özlərinə aid hissəsindən qol vurub.

Oxu.Az-ın xəbərinə görə, video Twitterdə “Everything Napoli”‏ səhifəsində yerləşdirilib.

Qarşılaşma “Napoli”nin 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

Matçın 38-ci dəqiqəsində Kirikeş rəqib komandanın qapıçısının irəli çıxmasından istifadə edərək meydançanın özlərinə aid hissəsində topu onun başı üzərindən qapıya göndərib.

Bu “Napoli”nin görüşdə üçüncü qolu idi.

S.B.
www.oxu.az

Digər İdman xəbərləri