20 
İyl
2017
12:35
11
61
1770
Virtual karabakh

Formula-1 bolidlərində yenilik

20 İyl, 2017
12:35
1770

Formula-1 bolidlərində yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildən Formula-1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Cenevrə şəhərində keçirilən Strateji Qrupunun iclasında qərar qəbul olunub. 

Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.

Formula-1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u “Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.

“Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.

Qeyd edək ki, 2018-ci ildə Formula-1 üzrə Azərbaycan Qran-Prisi 27–29 apreldə keçiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri