20 
İyl
2017
13:12
10
70
2442
Virtual karabakh

“Arsenal” klubunun futbolçuları zəhərlənib

20 İyl, 2017
13:12
2442

“Arsenal” klubunun futbolçuları zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində təlim-məşq toplanışında olan İngiltərənin “Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 19-da Beynəlxalq Çempionlar Kubokunda Almaniya təmsilçisi “Bavariya” ilə oyundan əvvəl baş verib.

Nəticədə zərərçəkənlərdən Olivye Jiru və Per Mertezaker meydana çıxa bilməyiblər. Teo Uolkottla Aron Remzi fasilədən sonra oyuna qoşulduqları halda, Sead Kolaşinats ilk hissədə əvəzlənib.

Qeyd edək ki, “Arsenal” – “Bavariya” matçında bərabərlik qeyd alınıb - 1:1. Qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub və İngiltərə təmsilçisi rəqibini üstələyib – 3:2.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri