21 
İyl
2017
09:16
136
18
5393
Virtual karabakh

Kamran Ağayev Çexiya klubunda

21 İyl, 2017
09:16
5393

Kamran Ağayev Çexiya klubunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubuna keçib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.

O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.

“Mlada Boleslav” Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şemrok Rovers” klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə rəqib Albaniyanın “Skenderbeu” klubu olacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri