22 
İyl
2017
11:11
39
114
8653
Virtual karabakh

Dünya çempionu ilə bağlı hökm dəyişmədi

22 İyl, 2017
11:11
8653

Dünya çempionu ilə bağlı hökm dəyişmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. 

R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri