22 
İyl
2017
12:25
83
31
4179
Virtual karabakh

“Qarabağ”-“Şerif” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

22 İyl, 2017
12:25
4179

“Qarabağ”-“Şerif” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.

Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.

Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq. Bu kollektivlər arasındakı cavab görüşü avqustun 1-də olacaq.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri