24 
İyl
2017
16:36
30
48
1950
Virtual karabakh

“İnter” Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

24 İyl, 2017
16:36
1950

“İnter” Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə Report-a 59 yaşlı gürcüstanlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, artıq yeni müqavilə hazırdır və yaxın günlərdə bir illik sözləşməyə imza atacaq: “Yeni müqavilə ilə bağlı heç bir problem yoxdur. Avropa Liqasında Lüksemburqun “Fola Eş” komandasına məğlubiyyətdən sonra rəhbərliklə söhbətimiz olub. Komandada qalıram. Yaxın günlərdə müqavilənin detalları ilə tanış olub, imzalayacağam”.

Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti ötən ay başa çatıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri