24 
İyl
2017
18:35
43
194
16988
Virtual karabakh

“Qarabağ”a ağır itki

24 İyl, 2017
18:35
16988

“Qarabağ”a ağır itki

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda zədələnən “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun son durumu məlum olub.

Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi məşqlərə başlasa da, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah “Şerif”lə keçiriləcək oyunu buraxacaq.

O, bir həftə sonra keçiriləcək cavab oyununda meydana çıxa bilər.

Xatırladaq ki, “Samtredia” ilə oyunun 30-cu dəqiqəsində ayağında ağrı yaranan Rəşad meydanı tərk etməli olub. Onu komandanın yeni transferi Yakub Jezniçak əvəzləyib. Polşalı futbolçu həm “Samtredia” ilə cavab matçında da meydanda olub və özünü yaxşı tərəfdən göstərib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri