24 
İyl
2017
19:55
174
39
5723
Virtual karabakh

Qurban Qurbanov: “Barselona” da çətinlik çəkir

24 İyl, 2017
19:55
5723

Qurban Qurbanov: “Barselona” da çətinlik çəkir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi analiz etmişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. Rəqibimizin bir neçə oyun üslubu var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik. 

Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi onlara inanan hər kəsə təşəkkür edirik. 

“Oyun qabağı fikirlər çox olur. Hətta bizi favorit qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçudur. Düşünürəm ki, bu, bizim ən ağır oyunlarımızdan biri olacaq. Bizim üçün əsas məsələ sabahkı rəqibdir. Hər oyunda olduğu kimi komandanı qələbəyə motivasiya etmişik. Qrupa düşmək üçün daha iki mərhələni keçməliyik. “Şerif”i keçsək, qrup mərhələsi haqda düşünə bilərik. Amma yenə təkrar edirəm, biz qrupu yox, sabahkı oyunu düşünürük”, -  Qurban Qurbanov deyib.

Baş məşqçi transferlər məsələsinə də toxunub. 

“Bizim transferlər avrokuboklarda mərhələ adlamaqdan asılı deyil. Danışıqlar aparılır. Bir neçə variant üzərində işləyirik. Futbolçunu bir oyunluq almırıq. 

Bilirəm ki, transferlərimiz gecikir. Bu gün transfer məsələsində “Barselona”, “Mançester Siti” kimi klublar da çətinlik çəkir”, - baş məşqçi deyib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri