24 
İyl
2017
20:54
158
57
3470
Virtual karabakh

Stolüstü tennisçimiz Avropa çempionu oldu – İLK DƏFƏ + VİDEO + FOTO

24 İyl, 2017
20:54
3470

Stolüstü tennisçimiz Avropa çempionu oldu – İLK DƏFƏ + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğura başa vurublar.

Oxu.Az-ın məlumatına görə, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazanılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri