24 
İyl
2017
22:13
58
28
3876
Virtual karabakh

“Mançester Siti” müdafiəçiyə rekord məbləğdə pul xərcləyib

24 İyl, 2017
22:13
3876

“Mançester Siti” müdafiəçiyə rekord məbləğdə pul xərcləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Siti” futbol klubu “Monako”dan fransalı müdafiəçi Bencamin Mendini transfer edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

İngilislər futbolçuya görə 57,5 milyon avro ödəyiblər. Bu isə müdafiəçilərin transferində rekord məbləğ sayılır. Mendi “Mançester Siti” ilə beş illik müqavilə bağlayıb. yeni klubda fransalı 22 nömrə altında çıxş edəcək.

Bundan əvvəl “şəhərlilər”in ən bahalı müdafiəçiləri Con Stouns (55,6 milyona avro) və Kayl Uoker (51 milyon avro) sayılırdı.

2016/2017 mövsümündə Mendi “Monako”nun heyətində 37 oyun keçirib, bir qol vurub və beş məhsuldar ötürmə edib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri