25 
İyl
2017
01:39
22
187
9348
Virtual karabakh

Mayk Tayson cinsi təcavüzə məruz qalmasından danışdı

25 İyl, 2017
01:39
9348

Mayk Tayson cinsi təcavüzə məruz qalmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı boksçu, ağır çəki dərəcəsində keçmiş dünya çempionu Mayk Tayson ESPN telekanalına müsahibəsində uşaqlıqda cinsi təcavüzə məruz qalmasından danışıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, boksçu bildirib ki, tanımadığı kişi onu qaranlıq otağa salıb və təcavüz edib. 

Tayson qeyd edib ki, məhz bundan sonra, o boksla məşğul olmaq qərarına gəlib.

“Mən bu barədə əvvəllər heç kimə danışmamışdım. Baş verənlər məni daha güclü eləmədi. Hadisənin həyatıma elə də böyük təsiri olmayıb”, - boksçu deyib.

Tayson tarixin ən tanınmış boksçularından biridir. Onun hesabında 50 qələbə (44 nokautla) və 6 məğlubiyyət var. 1986-cı ildə o, dünyanın ən gənc çempionu olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri