25 
İyl
2017
08:38
156
8
4695
Virtual karabakh

“Qarabağ” “Şerif”ə qarşı

25 İyl, 2017
08:38
4695

“Qarabağ” “Şerif”ə qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Ağdam klubu III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova təmsilçisi “Şerif”i qəbul edəcək.

Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan “Qarabağ”ın “Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə müsbət nəticə əldə etməsi vacibdir.

Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın “Kukes”i komandasından güclü olub (1:0, 1:2).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Tsınkeviç

Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

A.S.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri