25 
İyl
2017
09:59
132
10
3375
Virtual karabakh

İdmançımızın Böyük Britaniyada uğuru – VİDEO

25 İyl, 2017
09:59
3375

İdmançımızın Böyük Britaniyada uğuru – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev Böyük Britaniyada Avropa kəmərini qazanıb.

Oxu.Az məlumat verir ki, bu haqda idmançı Sputnik Azərbaycan-a xəbər verib. 

İdmançımız dünən Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda ispan idmançısı İsmail Berqamini nakautla məğlub edib.

Hafiz Baxşəliyev açıqlamasında yarışa uzun müddətdir ki, hazırlaşdığını deyib: “Bilirsiniz ki, sonuncu dəfə rinqdə 2009-cu ildə döyüşmüşəm. Uzun fasilədən sonra döyüşmək riskli idi. Yenə də özümü hazırlayırdım. Rəqibim gənc olmasına baxmayaraq, təcrübəli və güclü idi. Məni yenidən döyüşməyə həvəsləndirdiyi üçün Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, yarışda məni dəstəkləyən soydaşlarımıza, Əfqanıstandan olan dostlarıma öz təşəkkürümü bildirirəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri