26 
İyl
2017
00:40
41
217
5090
Virtual karabakh

Qurban Qurbanov: Bu hesab da pis nəticə deyil

26 İyl, 2017
00:40
5090

Qurban Qurbanov: Bu hesab da pis nəticə deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çətin oyun oldu. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Bu matçla gördük ki, Çempionlar Liqasında zəif komanda yoxdur. 

Oxu.Az-ın xəbərinə görə, bu sözləri bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubu ilə oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi komandasından razı qaldığını bildirib. 

“Mübarizə apardılar. Səhvlərimiz oldu, bu da normaldır. Bu hesab da, pis nəticə deyil. Evdə qol buraxmadıq. Cavab oyununa daha yaxşı hazırlaşacağıq. Nəticəyə görə məyus olmadım. Azarkeşlər bu qolu gözləyirdi, onları istəyinə çatdıra bilmədiyimə görə təəssüflənirəm. Dünən də demişdim ki, “Şerif” fərqli üslublarda oynayır və bu gün bunun şahidi olduq. 

Düşünürəm ki, rəqib evdə daha açıq futbol oynayacaq. Komandanın baş məşqçisi də futbolu yaxşı bilən mütəxəssisdir. Fikrimcə, onlar Bakıdan istədikləri nəticə ilə dönürlər. 

Bizim oyunçuların fiziki hazırlığında bəzi çatışmazlıqlar var. Bu da vaxtla olan məsələdir. Vaxt keçdikcə, bu problemin qaydasına düşəcəyini gözləyirəm. Vaxtımız var, daha yaxşı komanda ortaya qoya bilərik”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri