27 
İyl
2017
10:04
130
35
4589
Virtual karabakh

Fatih Terim “Qalatasaray”a gəlir - İDDİA

27 İyl, 2017
10:04
4589

Fatih Terim “Qalatasaray”a gəlir - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis yenidən “Qalatasaray”ın sükanı arxasına keçəcək.

İstanbul təmsilçisinin hazırkı baş məşqçisi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.

Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi “Zenit”dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə “Qalatasaray”ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “sarı-qırmızılılar”a rəhbərlik edib. Təcrübəli mütəxəssis “Qalatasaray”la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri