Avq
2017
08:30
115
21
5933
Virtual karabakh

“Qarabağ” “Şerif” sınağında – Davam ya tamam

1 Avq, 2017
08:30
5933

“Qarabağ” “Şerif” sınağında – Davam ya tamam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.

Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıdı. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı qırmalıdır.

İndiyədək heç bir Azərbaycan klubu qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamayıb. Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. “Şerif” səddi keçilməsə, “Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Roy Reynşreyber (İsrail)
Tiraspol. “Şerif” stadionu
İlk oyun - 0:0

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri