Avq
2017
11:00
22
77
2722
Virtual karabakh

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTO

8 Avq, 2017
11:00
2722

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 Avqust 2017-ci il, Qəbələ, Azərbaycan: 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. Bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.

İştirakçılar forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözlənilir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar.

Forum çərçivəsində “Mədəniyyət axşamı” təşkil olunacaq. Axşamda iştirakçılar öz ölkələrinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcəkdir.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.

Forumun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert qeyd etdi ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.

13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədlərin səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir.  

Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaqdır.  

 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri