11 
Avq
2017
10:07
74
14
1752
Virtual karabakh

Yeni mövsüm start götürür: Azərbaycan derbisində kim sevinəcək?

11 Avq, 2017
10:07
1752

Yeni mövsüm start götürür: Azərbaycan derbisində kim sevinəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümü start götürəcək.

Oxu.Az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşacaq.

Premyer Liqadakı 103 günlük sükut FİFA referisi Əliyar Ağayevin start fiti ilə pozulacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək görüşdə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların növbəti dueli, budəfəki Azərbaycan derbisi də maraqla gözlənilir. 

Çempionlar Liqasının "play-off" mərhələsində mübarizə aparacaq "Qarabağ" Premyer Liqanın yeni mövsümünə ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluq iddiası ilə başlayacaq. "Neftçi" isə son illərdəki uğursuzluğunu unutdurmaq niyyətindədir.

Azərbaycan Premyer Liqası
I tur
11 avqust (cümə)

21:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri