11 
Avq
2017
16:30
157
17
1601
Virtual karabakh

Olimpiya və dünya çempionlarımız zirvədə!

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10” Azərbaycan üçün uğurlu saymaq olar.

Avqust üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidir. Aktivində 482.93 xalı olan idmançımız ən yaxın izləyicisi Abdul İssfu (Niger) 76,62 xal qabaqlayır.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də bütün rəqiblərindən yüksəkdədir. B dəfə də liderliyini qoruyan təmsilçimiz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 45.62 xal öndədir – 460,96.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 9-cu pillədədir. Avropa Oyunlarının qalibi 192,17 reytinq xalına malikdir.

Olimpiya mükafatçımız Patimat Abakarova (49 kq) da Tağızadə kimi 9-cu yerdədir. Onun aktivində 211,53 xalı var.

A.H.

www.oxu.az

Digər İdman xəbərləri