11 
Avq
2017
22:11
46
360
23406
Virtual karabakh

Məşqçisi Ramil Quliyevdən narazılıq etdi: Onu təbrik etməyəcəm – FOTO

11 Avq, 2017
22:11
23406

Məşqçisi Ramil Quliyevdən narazılıq etdi: Onu təbrik etməyəcəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanıb. 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Ramil Quliyev çiyninə Azərbaycan bayrağı salıb və bütün dünyaya Azərbaycanlı olduğunu nümayiş etdirib.

Oxu.Az-ın xəbərinə görə, Ramil Quliyevi ilk dəfə idmana gətirən Azərbaycan yüngül atletika üzrə milli komandasının baş məşqçisi Tofiq Əliyev Unikal.org-a keçmiş tələbəsi haqqında danışıb.

“Mən bu barədə heç nə danışmaq istəmirəm. Amma sizin xahişinizlə hər şeyə aydınlıq gətirəcəm. Əvvəla Ramil Quliyevin rəhmətlik atası Eldar Quliyev də məşqçi idi. Amma o, oğlu Ramil Quliyevi heç zaman idmana gətirmirdi. Eldar kişidən Ramili mənim yanıma idmana göndərməsini xahiş etdim. İlk günlər R.Quliyevin də bu idman növünə heç həvəsi yox idi. Amma təklifim ilə R.Quliyev 2002-ci ildən mənim yanım da idmanla məşğul olmağa başladı.

İlk illər nəticə göstərməsə də, amma növbəti illər ərazində zəhmətim nəticə verməyə başladı. İlk dəfə Azərbaycanda idmançılar arasında Olimpiadaya vəsiqə qazanan Ramin Quliyev olub. O, Çexiyada 20.43 saniyəlik dərəcə ilə ikinci yeri tutdu və Olimpiadaya Azərbaycandan ilk vəsiqə alan idmançı adını qazandı.

O, mənim rəhbərliyim altında Azərbaycanı 2008 Pekin Olimpiadasında təmsil etdi. Olimpiadaya gedəndə başına maraqlı hadisədə gəlmişdi. Belə ki, o idman geyimini Moskva hava limanında unutmuşdu. (Gülür) Bu bir az ona problem yaratsa da çinlilər ona geyim təşkil etdilər.

Bu Olimpiadandan sonra Ramil Quliyev atasının təklifi əsasında məndən çıxdı. Ona atası məşqçilik etməyə başladı. Amma bundan sonra da mən bir məşqçi kimi hər zaman ona və rəhmətlik atasına dəstək olmuşdum.”
Baş məşqçi Tofiq Əliyev keçmiş tələbəsindən bir az da gileyləndi:

“R.Quliyev ilk dəfə deyil ki, uğur qazanır. Onu idmana mən gətirmişəm və heç zaman ona pislik etməmişəm. Mənim də nailiyyətlərim olub. Hazırda yaşım o yaş deyil ki, yenidən uğur qazanım. Uğurum isə tələbələrimdir. Hər zaman tələbələrimdən hörmət gözləmişəm və bundan başqa mənim heç nəyə ehtiyacım yoxdur. Amma digər tələblərim kimi Ramildən də salam-sağ ol gözləyirəm. Mən onu heç vaxt zəng edib təbrik etməyəcəm. Zəngi ondan gözləyirəm. Çünki onun uğrunda az da olsa mənim də zəhmətim var. Mən bu borcu hər hansı bir əşya ilə deyil, Ramilin mənə göstərəcəyi xoş söz ilə qarşılanmasını gözləyirəm. Amma nədənsə Ramil mənə soyuqluq göstərir.”

T.Əliyev Ramil Quliyevlə görüşdüyünü də deyib:

“Türkiyəni təmsil edən atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı. Sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət etdi. Oyunlarda qələbə qazandı. Hazırda onun şəxsi məşqçisi Oleq Muxindir. Heç onunla danışmıram da. Amma Oyunlar ərəfəsində Ramil mənimlə görüşüb hal-əhval tutdu”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri