12 
Avq
2017
13:23
304
67
19288
Virtual karabakh

Tofiq Bəhrəmov adına stadionun qarşısında böyük izdiham – VİDEO

12 Avq, 2017
13:23
19288

Tofiq Bəhrəmov adına stadionun qarşısında böyük izdiham – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Kopenhagen” matçının biletləri satışa çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Qarşılaşmaya marağın olduqca böyük olmasına görə, kassaların qarşısında böyük növbələr yaranıb.

Yüzlərlə azarkeş oyunu izləmək, “Qarabağ”a dəstək olmaq üçün isti havada, günün altında gözləyir.

Qeyd edilir ki, qara bazarın qarşısını almaq üçün hər bir azarkeşə yalnız üç bilet satılır.

Xatırladaq ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri