15 
Avq
2017
15:16
18
268
8719
Virtual karabakh

MOK: Ramil Quliyev Azərbaycana qayıda bilməz

15 Avq, 2017
15:16
8719

MOK: Ramil Quliyev Azərbaycana qayıda bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramil Quliyev Azərbaycana qayıdıb, ölkə adından çıxış edə bilməz. Çünki o, artıq Türkiyə vətəndaşıdır”.

Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

“O qayıtmağa hazırdırsa, qayıtsın. Biz onu qaytarmaq üçün Türkiyə Atletika Federasiyasına müraciət etməliyik ki, onlar onu buraxsınlar. Biz Ramilə deyə bilmərik ki, Türkiyə vətəndaşlığından imtina et”.

Xatırladaq ki, Ramil Quliyev 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq dünya çempionu adını qazanıb.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri