16 
Avq
2017
01:39
95
19
8544
Virtual karabakh

Çempionlar Liqasında gecənin bütün – NƏTİCƏLƏRİ

16 Avq, 2017
01:39
8544

Çempionlar Liqasında gecənin bütün – NƏTİCƏLƏRİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarkanın “Kopenhagen” komandasını minimal hesabla məğlub edib.

Oxu.Az-ın məlumatına görə, play-off mərhələsinin ilk günündən bu matçdan əlavə daha dörd qarşılaşma keçirilib.

İngiltərənin “Liverpul” komandası səfərdə Almaniyanın “Hoffenhaym” klubuna 2:1 hesabı ilə qalib gəlib. Mersesaydlıların heyətində Aleksander-Arnold (35) və Milner (74) fərqləniblər. Almanların təsəlli qolunu 87-ci dəqiqədə Ut vurub.

Kipr çempionu APOEL doğma meydanda Çexiyanın “Slaviya” komandasının qapısından iki cavabsız qol keçirib. De Kamargo (2) və Aloneftis (10) adlarını tabloya yazdırıblar.

Portuqaliyanın “Sportinq” klubu Rumıniya “Styaua” komandasının müqavimətini qıra bilməyib - 0:0.

Rusiyanın MOİK komandası isə səfərdə avtoqol hesabına İsveçrənin “Yanq Boyz” kollektivinə qalib gəlib. Hakimin əlavə etdiyi dəqiqələrdə Nuhu yerli azarkeşləri məyus edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri