16 
Avq
2017
11:19
117
14
3089
Virtual karabakh

Kasparovdan uğursuz qayıdış

16 Avq, 2017
11:19
3089

Kasparovdan uğursuz qayıdış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov Sent-Luisdə keçirilən sürətli şahmat və blits üzrə turnirdə rusiyalı qrossmeyster Yan Nepomnyaşeyə məğlub olub.

Oxu.Az-ın məlumatına görə, görüş 37-ci gedişdə qara fiqurlarla oynayan Nepomnyaşeyin qələbəsi ilə bitib.

Buna qədər Kasparov dörd dəfə heç-heçə oynamışdı. Nepomnyaşeyə  məğlubiyyətindən sonra sabiq çempion hindistanlı Vişvanatan Anandla da heç-heçə oynayıb.

Xatırladaq ki, Kasparov şahmat üzrə 13-cü dünya çempionudur. O, planetin ən güclü şahmatçısı titulunu 1985-ci ildən 1993-cü ilə qədər qoruyub. 

Kasparov  2005-ci ildə karyerasını bitirmişdi.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri