16 
Avq
2017
14:27
232
16
5562
Virtual karabakh

"Qarabağ"dan möhtəşəm göstərici

16 Avq, 2017
14:27
5562

"Qarabağ"dan möhtəşəm göstərici

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ"ın Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, "play-off"un "Kopenhagen"lə Bakıdakı görüşündə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində 10 oyundur ki, uduzmur.

Ağdamlılar sonuncu dəfə 749 gün əvvəl məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz Şotlandiyada "Seltik"ə yenilib. 2015-ci il iyulun 29-dakı görüşdən sonra "Qarabağ" Çempionlar Liqasında uduzmayıb.

2015/16 mövsümündə 1, ötən il 4, cari turnirdə isə 5 dəfə meydana çıxan çempionumuz azarkeşlərinə üzüntü yaşatmayıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqasında mütləq rekordudur.

Əyalət klubu bu 2 ildən artıq müddətdə 5 qələbə qazanıb, 5 heç-heçə edib. Rəqib qapılarına 13 top vuran təmsilçimiz 3-nü buraxıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri