17 
Avq
2017
01:06
76
17
5381
Virtual karabakh

Çempionlar Liqası həyəcanı davam edir – NƏTİCƏLƏR

17 Avq, 2017
01:06
5381

Çempionlar Liqası həyəcanı davam edir – NƏTİCƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, ikinci oyun günündə daha beş qarşılaşma keçirilib.

Şotlandiyanın “Seltik” klubu doğma meydanda Qazaxıstanın “Astana” komandasına heç bir şans verməyib - 5:0.

Meydan sahiblərinin heyətində Skot Sinkler dubla imza atıb (42, 60). Hərəyə bir dəfə isə Yevqeniy Postnikov (32), Ceyms Forrest (79) və İqor Şitov (88) fərqləniblər.

İtaliyanın “Napoli” komandası Fransanın “Nitsa” klubunun qapısından iki cavabsız top keçirib - Mertens (13) və Corcinyo (70).

İsrailin “Hapoel” kollektivi Sloveniya çempionu “Maribor”u sınağa çəkib. Qonaqlar 10-cu dəqiqədə Tavaresin qolu ilə hesabda irəli çıxıblar. Lakin sloveniyalıların sevinci uzun sürməyib. Bu qoldan iki dəqiqə sonra Antoni Nvakame hesabı bərabərləşdirib. İlk hissəyə əlavə edilmiş dəqiqələrdə isə Şir Tzedek penalti zərbəsindən “Hapoel”in qələbə qolunu vurub.

Yunanıstan çempionu “Olimpiakos” Xorvatiyanın “Riyeka” kollektivi ilə qarşılaşıb. Dos Santos Heber 42-ci dəqiqədə yerli azarkeşləri məyus edib. Matçın 66-cı dəqiqəsində Vadis Odjidja-Ofoe oyunda tarazlığı bərpa edib. Hakimini oyuna əlavə etdiyi dəqiqələrdə isə Aleksis Romao yunanlara qələbə qazandıran topu vurub.

Türkiyə təmsilçisi “Başakşəhər” isə doğma meydanda İspaniyanın “Sevilya” klubu görüşdən məğlub ayrılıb. 16-cı dəqiqədə “Sevilya” Serxio Eskuderonun qolu ilə hesabda irəli çıxıb. 64-cü dəqiqədə Elia hesabı bərabərləşdirib. İspanların qələbə qolunun müəllifi isə 84-cü dəqiqədə Vissam Ben Yedder olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri