17 
Avq
2017
10:46
124
68
6835
Virtual karabakh

Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib - VİDEO

17 Avq, 2017
10:46
6835

Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid” və “Barselona” arasında keçirilmiş futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab matçı zamanı komandaların kapitanları arasında insident baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qonaqların hücumçusu Lionel Messi meydan sahiblərinin müdafiəçisi Serxio Ramosu təhqir edib.

Buna oyunun gedişində ispaniyalının argentinalı rəqibini ələ salması səbəb olub. "Real Madrid"in kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşana qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən "Barselona"nın lideri rəqibini təhqir edib. Lakin "kral klubu"nun oyunçusu buna məhəl qoymayıb.

Qeyd edək ki, "Real Madrid" “Barselona”nı səfərdə 3:1, evdə 2:0 hesabı ilə yenərək, tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri