17 
Avq
2017
15:27
62
266
15279
Virtual karabakh

Zimmerman Zabit Səmədova meydan oxudu – VİDEO

17 Avq, 2017
15:27
15279

Zimmerman Zabit Səmədova meydan oxudu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollandiyalı idmançı Errol Zimmerman Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədova meydan oxuyub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, döyüşçümüzlə üz-üzə gələcək Errol Zimmerman "Instagram" hesabında məşq zamanı çəkilən videosunu paylaşaq Zabitlə döyüşü səbirsizliklə gözlədiyini bildirib. Zabit isə öz növbəsində həmin videonu paylaşıb və “Səni gözləyəcəyəm” deyə qeyd yazıb.

Qeyd edək ki, döyüş 23 avqustda baş tutacaq. Qarşıdurma Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində baş tutacaq.

Zabit Səmədovun rəqibi Errol Zimmerman indiyədən peşəkar rinqdə 137 döyüş keçirib və bunlardan 111-də qələbə qazanıb. O, heç bir döyüşünü bərabərliklə başa vurmayıb.

Zabit Səmədov isə son olaraq belçikalı rəqibi Fred Sinistranı Türkiyədə məğlub etmişdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri