18 
Avq
2017
17:35
29
89
3775
Virtual karabakh

Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi

18 Avq, 2017
17:35
3775

Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və San Marinonun futbol üzrə milli komandaları arasında sentyabrın 4-də Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup oyununun stadionu dəyişdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb. 

Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Bakcell Arena”da Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib.

Azərbaycan – San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri