18 
Avq
2017
20:14
88
52
6736
Virtual karabakh

AFFA-dan məntiqli addım

18 Avq, 2017
20:14
6736

AFFA-dan məntiqli addım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu gün rəsmi məlumat yayaraq Azərbaycan və San Marino futbol üzrə milli komandalarının Bakıda baş tutması gözlənilən oyununda stadionu dəyişdirdiklərini bildiriblər.

Oxu.Az-ın Ölkə.Az-a istinadən məlumatına görə, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan – San Marino oyunu Bakı Olimpiya Stadionundan “Bakcell Arena”ya keçirilib.

AFFA tərəfindən yayılan rəsmi məlumatda qeyd edilir ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alınaraq bu addım atılıb. Stadionun dəyişdirilməsi ilə əlaqədar AFFA öz növbəsində UEFA-ya müraciət edərək öncədən məlumat verib və müsbət cavab alıb.

Stadionun dəyişdirilməsi məsələsində AFFA-nın əsas gətirdiyi mövqe əslində daha məqsədəuyğundur. Çünki həm xərclər baxımından bu uğurlu addımdır, həm də San Marino komandasının mövcud gücü bu qənaətə gəlməyə əsas verir ki, matçı izləmək üçün stadiona elə də kütləvi axın olmayacaq. Bu kimi komandalarla oyunları xatırlasaq bunu deməyə kifayət qədər arqument var. Bakı Olimpiya Stadionunun böyüklüyü və azarkeşlərlə meydança arasında məsafəni nəzərə alsaq deyə bilərik ki, bu zaman futbolçular azsaylı azarkeşlərin dəstəyini hiss etməyəcəkdilər. Lakin “Bakcell Arena”nın strukturu bu dəstəyin futbolçular tərəfindən daha çox hiss edilməsi üçün daha münasibdir.

Hələ də dünya çempionatına getmə şansı qalan milli komandamızın futbolçularına sözsüz ki, azarkeş dəstəyi mühümdür. Arenada isə azarkeşlər sözün əsl mənasında komandamıza daha yaxın olacaqlar.

Məhz bu səbəblərdən sentyabrın 4-də keçiriləcək Azərbaycan – San Marino oyununun “Bakcell Arena”ya keçirilməsini AFFA-nın məntiqli addımı kimi dəyərləndimək olar. 

Sonda AFFA-nın yaydığı məlumatdakı zəruri qeydi də xatırlatmaq istəyirik.  Azərbaycan – San Marino oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Ticarət Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri