19 
Avq
2017
22:45
214
30
5416
Virtual karabakh

"Qarabağ" "İnter"i sınağa çəkdi

19 Avq, 2017
22:45
5416

"Qarabağ" "İnter"i sınağa çəkdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz


Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu çərçivəsində növbəti oyun keçirilib.

Oxu.Az xəbər verir ki, "Report"un məlumatına görə, həftənin ikinci matçında son çempion "Qarabağ" bürünc mükafatçı "İnter"i qəbul edib.

Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bu qarşılaşmada Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı forma geyinən futbolçulardan yalnız Dino Ndlovu və Əfran İsmayılova "11-lik"də yer verib.

Qarşılaşmanın taleyini də elə həmin futbolçulardan birinin - İsmayılovun 89-cu dəqiqədə vurduğu yeganə qol həll edib.
Qeyd edək ki, II tura avqustun 20-də keçiriləcək "Kəpəz" - "Zirə" və "Qəbələ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
II tur
19 avqust 

“Qarabağ” – “İnter” 1:0
Qol: Əfran İsmayılov, 89
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri