21 
Avq
2017
11:33
77
20
3579
Virtual karabakh

“Real Madrid”in kapitanı antirekordçu futbolçular siyahısına düşdü

21 Avq, 2017
11:33
3579

“Real Madrid”in kapitanı antirekordçu futbolçular siyahısına düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramos La Liqa tarixində ən çox qırmızı vərəqə alan Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi bu siyahıya ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçından sonra qoşulub. 

O, 18-ci dəfə meydandan qovulub.

Qeyd edək ki, “Real Madrid” “Deportivo”nu 3 cavabsız qolla məğlub edib. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Pablo Alfaro və Xavi Aquado karyeralarını artıq başa vurublar. Bu səbəbdən, “kral klubu”nun kapitanının gələcəkdə yeni antirekord müəyyənləşdirməsi mümkündür.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri