21 
Avq
2017
12:20
77
25
4996
Virtual karabakh

Bizimkilər Avropada - Araz debüt etdi

21 Avq, 2017
12:20
4996

Bizimkilər Avropada - Araz debüt etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu həftəsonu Azərbaycanda olduğu kimi, Avropanın yaşıl meydanlarında da daxili çempionat oyunları keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən  xəbər verir ki, xarici ölkələrin klublarında top qovan futbolçularımızdan bəziləri meydana çıxsa da, bəziləri heç “18-liy”ə düşməyib.

Araz Abdullayev –  Kiprin “Anortosis” klubunda çıxış edən yarımmüdafiəçimiz "Nea Salamis”lə oyunda start heyətdə meydana çıxıb. Yeni klubunda rəsmi oyunlarda debüt edən futbolçumuz 83-cü dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.

Pavel Paşayev – Yığmamızın müdafiəçisi “Karpatı” ilə oyunda “Aeksandriya”nın heyətində 90 dəqiqə forma şansı qazanıb. Matç 0:0 hesabı ilə bitib.

Tural Hümbətov – Müdafiəçimizin şərəfini qoruduğu Makedoniyanın “Pobeda” klubu “Vardar”la qarşılaşıb. Həmyerlimiz bu matçın iştirak ərizəsinə salınmayıb. Komandası isə 0:4 hesablı məğlubiyyətlə üzləşib.

Emin Mahmudov – Onun formasını geyindiyi “Boavişta” “Maritimu”nun qonağı olub. Emin bu matçın iştirak ərizəsində yer almayıb. Komandası isə 0:1 hesabı ilə uduzub.

Ramil Şeydayev – Cəza səbəbindən “Jilina”nın B komandasına göndərilən Ramil orada fərqlənməyi bacarıb. O, “Novo Mesto”ya 2:0 hesabla qalib gəldikləri matçda hesabı açıb.

Samir Məsimov – Yarımmüdafiəçimizin çıxış etdiyi “Fakel” “Voronej”lə qarşılaşıb. Samir bu matçın iştirak ərizəsində olmayıb. Komandası isə 1:0 hesablı qələbə qazanıb.

Kamran Ağayev – Millimizin əsas qapıçısının çıxış etdiyi “Mlada Boleslav” “Slovan”la qarşılaşıb. “Slovan” bu görüşdə 3:0 hesablı qələbə qazanıb. Kamran matçın iştirak ərizəsinə salınmayıb. 

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri