21 
Avq
2017
18:20
66
30
3076
Virtual karabakh

Yelena İsinbayeva idmana qayıtmaq cəhdi barədə film çəkib

21 Avq, 2017
18:20
3076

Yelena İsinbayeva idmana qayıtmaq cəhdi barədə film çəkib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şüvüllə tullanmada ikiqat Olimpiya və üçqat dünya çempionu Yelena İsinbayeva qələbəyə inam barədə qısametrajlı filmə çəkilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, idmançı həm də ilk rejissor işi olduğu bu filmdə ana olduqdan sonra böyük idmana qayıtmaq qərarından tutmuş rusiyalı yüngül atletlərin iştirak edə bilmədiyi “Rio-2016” Olimpiadasınadək hər bir həyəcanlı gününü yenidən yaşayıb.

Y.İsinbayeva bu filmi Oyunlara hazırlaşmağı barədə çəkilən sənədli xronika adlandırıb. Onun sözlərinə görə, müəlliflər filmi tamaşaçılara 2017-ci ilin sonunda – ABŞ-da və ya Çində keçirilən festivalların birində göstərmək niyyətindədirlər.

2014-cü ildə ana olan Y.İsinbayeva bir il sonra idman karyerasını bərpa etmək istəyini bildirib və “Rio-2016”ya hazırlaşmağa başlayıb. Lakin Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən rusiyalı atletlərə yarışlarda iştiraka qoyulan qadağa nəticəsində idmançı qələbə imkanlarından məhrum olub.

Olimpiya Oyunları başa çatandan sonra Y.İsinbayeva böyük idmandan uzaqlaşdığını bəyan edib. Hazırda o, ikinci dəfə ana olmağa hazırlaşır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri