23 
Avq
2017
14:02
169
17
4230
Virtual karabakh

Nüfuzlu "Football Times" jurnalı "Qarabağ"dan yazdı

23 Avq, 2017
14:02
4230

Nüfuzlu "Football Times" jurnalı "Qarabağ"dan yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüfuzlu "Football Times" jurnalı "Qarabağ" futbol komandası barədə geniş məqalə dərc edib.

Oxu.Az milli.az-a istinadən xəbər verir ki, yazıda "Qarabağ"ın doğma şəhəri olan Ağdamın Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisinin isə şəhəri tərk etdiyi deyilir. Məqalənin müəllifi Azərbaycan və İrlandiyanın xarici işlər üzrə məsləhətçisi Fuad Ələkbərovdur.

Məqalədə, həmçinin Qarabağın keçmiş baş məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov barədə məlumat verilib. Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan yazar klubun doğma məkanda son matçını 1993-cü ildə "İmarət" stadionunda keçirdiyini, klubun azarkeşləri, Qurban Qurbanovun uğurları, futbolçu Rəşad Sadıqovun və Qara Qarayevin həyatı, Tomas Qoltsun "Qarabağ" qaçqın futbol komandası haqqında çəkdiyi "On Aggregate" ("Məcmu") filmi barədə qeydlər edib.

Məqalənin orijinalını, ingilis dilində buradan oxuya bilərsiz.

http://www.planetfootball.com/in-depth/story-fk-qarabag-refugee-club-providing-hope-million/

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri