23 
Avq
2017
17:11
94
45
1969
Virtual karabakh

Runi İngiltərə yığmasında karyerasını bitirdi

23 Avq, 2017
17:11
1969

Runi İngiltərə yığmasında karyerasını bitirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Everton”un 31 yaşlı hücumçusu, İngiltərə yığmasının tarixində ən yaxşı bombardir Veyn Runi vacib bəyanat verib.

Bu barədə Oxu.Az “Life”a istinadla xəbər verir.

“İngiltərə yığmasında oynamaq mənim üçün xüsusən xoş idi. Komandada iştirak etmək üçün dəvət almaq mənim üçün hər dəfə böyük şərəf olub. Lakin hiss edirəm ki, artıq getmək vaxtı çatıb. Bu qərarı vermək mənim üçün çox çətin olub”, - deyə Runi etiraf edib.

Runi İngiltərə yığmasının tərkibində ilk dəfə 2003-cü ildə, hələ cəmi 17 yaşı olarkən çıxış edib. O, bu müddət ərzində 119 oyun keçirib və 53 qol vurub.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri