23 
Avq
2017
21:00
151
187
14484
Virtual karabakh

“Qarabağ”ı gözləyən çılğın “Kopenhagen” azarkeşləri - FOTO

23 Avq, 2017
21:00
14484

“Qarabağ”ı gözləyən çılğın “Kopenhagen” azarkeşləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçında səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

"Kopenhagen" klubu möhtəşəm azarkeş dəstəyi ilə ev oyunlarında daha yaxşı nəticələr nümayiş etdirir. Xüsusilə, xanım azarkeşlər klubun doğma stadionunda keçirdiyi oyunlara maraq göstərir. 

Qitənin ən ali turnirində "play-off"a vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ"ımız bu gün çılğın "Kopenhagen" azarkeşləri qarşısında mübarizəyə çıxacaq. 

İlk oyunda 1:0 hesabı ilə qalib gələn komandamız bu gün sərfəli nəticə qazanarsa, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açacaq.

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla 
Kopenhagen. “Parken” stadionu

Oxu.az baku.ws-ə istinadən həmin fotoları təqdim edir:

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri