23 
Avq
2017
20:11
368
33
34081
Virtual karabakh

Olimpiya Stadionu “Qarabağ”a söz verdi – FOTO

23 Avq, 2017
20:11
34081

Olimpiya Stadionu “Qarabağ”a söz verdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində tarixi oyuna çıxır.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə oyunla bağlı maraqlı trend yayılıb. 

Belə ki, istifadəçilər “Qarabağ”ın qələbə qazanacağı təqdirdə kasıblara kömək edəcəkləri, pulsuz işlər və digər xeyirxah əməllər görəcəkləri barədə vədlər verirlər.

Maraqlı paylaşımlardan birini də rəsmi Facebook səhifəsində Bakı Olimpiya Stadionu edib:

“Söz veririk ki, əgər Qarabağ FK UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, əlimizdən gələni edəcəyik ki, növbəti oyunlar Bakı Olimpiya Stadionunda olsun! Uğurlar, Qarabağ!”

Xatırladaq ki, “Kopenhagen”-“Qarabağ” matçı avqustun 23-də “Parken” stadionunda keçiriləcək. Matçını start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Bakıda keçirilən ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri