23 
Avq
2017
22:27
311
34
3821
Virtual karabakh

“Qarabağ” “Kopenhagen”ə qarşı – START HEYƏTLƏR

23 Avq, 2017
22:27
3821

“Qarabağ” “Kopenhagen”ə qarşı – START HEYƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” bu gün cavab oyununa çıxacaq. 

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan çempionu səfərdə “Kopenhagen”lə qarşılaşacaq.

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi “Qarabağ”ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.

Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. “Qarabağ” 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib.

Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq.

“Kopenhagen”: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu,  28. Pieros Sotiriu, 32. Danni Amankva

Baş məşqçi: Stole Solbakken 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri