24 
Avq
2017
00:34
1357
38
38499
Virtual karabakh

“Qarabağ” Çempionlar Liqasında! – TARİXDƏ İLK DƏFƏ + VİDEO

24 Avq, 2017
00:34
38499

“Qarabağ” Çempionlar Liqasında! – TARİXDƏ İLK DƏFƏ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az-ın məlumatına görə, səfərdə Danimarkanın “Kopenhagen” komandasına qarşı cavab oyununda Qurban Qurbanovun yetirmələri məğlub olsalar da, vurulan qol sayəsində sərfəli nəticə əldə ediblər.

“Parken” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 45-ci dəqiqədə Federikko Santander açıb. 63-cü dəqiqədə Dino Ndlovu “Qarabağ”ın tarixi qolunu vuraraq oyunda tarazlığı bərpa edib. Lakin bu qoldan cəmi 3 dəqiqə sonra Pavloviç yenidən “Kopenhagen”i hesabda irəli çıxarıb. Bundan artığına isə Danimarka klubunun gücü çatmayıb.

İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” klubu Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri