24 
Avq
2017
01:09
320
13
8755
Virtual karabakh

Çempionlar Liqası: Gecənin nəticələri

24 Avq, 2017
01:09
8755

Çempionlar Liqası: Gecənin nəticələri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, ikinci oyun günündə beş qarşılaşma keçirilib.

Xəbər verdiyimiz kimi, Azərbaycanın “Qarabağ” Danimarkanın “Kopenhagen” komandasına 2:1 hesabı ilə məğlub olsa da, səfərdə vurduğu qol sayəsində sevinən tərəf olub. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandası olacaq.

“Qarabağ”la yanaşı İngiltərənin “Liverpul”, Portuqaliyanın “Sportinq”, Rusiyanın MOİK və Kiprin APOEL  kollektivləri Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
İlk oyun - 0:1

“Slaviya” (Çexiya) - APOEL (Kipr) - 0:0
İlk oyun - 0:2
 
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) - 4:2
İlk oyun - 2:1

“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) - 1:5
İlk oyun - 0:0

MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə) - 2:0
İlk oyun - 1:0

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri