Sen
2017
23:39
122
52
6165
Virtual karabakh

“Qəbələ” “Zirə”ni sınağa çəkdi

9 Sen, 2017
23:39
6165

“Qəbələ” “Zirə”ni sınağa çəkdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında IV tura bu gün keçirilmiş 2 oyunla start verilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, turun açılış oyununda “İnter” və ”Kəpəz" komandaları üz-üzə gəlib. Qarşılaşma “İnter”in3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Günün digər oyununda “Qəbələ” “Zirə”ni sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. 74-cü dəqiqədə qonaq komandanın futbolçusu Viktor İqbekoyi hesabı açsa da, uzatma dəqiqələrində meydan sahiblərinin kapitanı Cavid Hüseynov penaltidən bərabərlik qolunu vurub. Penalti epizodunda “Zirə”nin baş məşqçisi Ayxan Abbasov və futbolçular etiraz etsələr də, qərar dəyişməyib. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. “Zirə” isə ilk dəfə xal itirib.

Tura sentyabrın 10-da keçiriləcək “Sumqayıt”- “Neftçi” matçı ilə yekun vurulacaq. “Qarabağ”ın “Səbail”lə görüşü isə təxirə salınıb.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri